Süni intellektə əsaslanan yeni araşdırma ürək-damar xəstəliklərinin müalicə üsullarının daha sürətli tapılmasına imkan verə bilər.

QHT.az xəbər verir ki, Londonun Imperial College universitetində hazırlanmış CardioKG aləti genlər, dərmanlar və ürək xəstəlikləri arasındakı əlaqələri təhlil edir. Tədqiqat nəticələrinə görə, metotreksatın ürək çatışmazlığında, qliptin qrupuna aid dərmanların isə qulaqcıqların fibrillasiyasında faydalı ola biləcəyi ehtimal edilir. Alət UK Biobank məlumatları əsasında hazırlanıb və xəstələrə fərdi yanaşma imkanlarını genişləndirir. Alimlər bu texnologiyanın gələcəkdə daha dəqiq və fərdiləşdirilmiş müalicəyə yol açacağını bildirirlər.

 

R.İmanov