Milyarder komandasının "Star Trek"i yalnız elmi fantastika səhifələrində deyil, həm də real etmək istədiyini bildirib.
QHT.az xəbər verir ki, Elon Mask “Star Trek” ideyasını reallaşdırmaq istədiyini bildirib. O, “Ulduz Donanması Akademiyası” kimi konsepsiyaların yaradılmasını və insanların böyük kosmik gəmilərlə əvvəlcə başqa planetlərə, gələcəkdə isə Günəş sistemindən kənara uçmasını xəyal etdiyini deyib.
Bundan əlavə, Tesla səhmdarları Mask üçün çox böyük kompensasiya paketini təsdiqləyiblər. O, həmçinin şirkətin uçan avtomobil üzərində işlədiyinə və onun ilin sonuna qədər təqdim oluna biləcəyinə işarə edib.






