Türkiyənin bəzi bölgələrində zamanın keçməsinə baxmayaraq, həllini gözləyən problemlər çoxdur. Dağıntıların çıxarılması işlərinin ləngiməsindən şikayət edənlər sığınacaq, sağlamlıq, qidaya çıxış kimi bir çox sahədə qalıcı həll yollarını gözləyirlər.

QHT.az xəbər verir ki, 11 vilayətdə baş verən, böyük dağıntılara səbəb olan zəlzələlərdən beş aydan çox vaxt keçir. İnsanların adları olduğu kimi binaların da adları var: “Ağır zədələnmiş”, “orta dərəcədə zədələnmiş” və “bir az zədələnmiş”. Çadır və konteynerlərdə həyat davam edir. Çadırların arasında gəzəndə hətta əl işləri ilə də rastlaşırsan. Ordan-burdan yığılan materiallarla tikilmiş gecəqondu tipli çadırlar da var. Ortaq duş və tualetin olmaması problem olaraq qalır. Torpaqlarını, söküntü gözləyən binalarını boş qoymaq istəməyən insanlar evlərinə yaxın çadırlarda və ya konteynerlərdə qalırlar.

Şəhərin mərkəzində toz problemi də var. Dağılmış binalar və orada aparılan işlər şəhəri davamlı toz buluduna məruz qoyur. Toz buludları çadırlarda yaşamağa çalışanları və şəhərə gələnləri daim təhdid edir. Xərçəngə səbəb ola biləcək virusdan qorunmaq üçün maskalar taxılmalı və söküntü qrupları üçün əlcək və qoruyucu geyim kimi daha çox tədbir görülməlidir.

Qidaların gigiyena və təmizlənməsi ilə bağlı problemlər də davam edir. İçməli su kənardan verilir. Magistral su tez-tez kəsilir. Yeməklərdə “içməli” sayılmayan su istifadə olunur.

Türkiyənin bəzi bölgələrində məktəblərin yeni təhsil dövründə xidmət göstərə bilməyəcəyi bəlli deyil. Bir çox insan işini itirdi və iş imkanları azdır. Bərpa prosesinin daha uzun sürəcəyi düşünülür. Bəzi bölgədə yaşayan insanlar prosesin səngidiyini, qeyri-müəyyənliyin hökm sürdüyünü düşünürlər. 

 

Pərvanə Fərhadqızı