Çində bağça şagirdlərini zəhərləyən keçmiş bağça müəllimi edam edilib. Hökm iyulun 13-də icra olunsa da, bu, yalnız bu gün məlum olub.
QHT.az xəbər verir ki, 25 uşağı natrium nitritlə zəhərləyən qadın həyatı ilə ödədi. Bu hekayə 2019-cu ilin mart ayında Jiaozuo şəhərindəki uşaq bağçasında baş verdi. Sonra polis kütləvi qida zəhərlənməsinin səbəblərini araşdırıb və müəyyən edib ki, müəllim Vanq Yun məktəbəqədər uşaqların yediyi sıyığa natrium nitriti qarışdırıb. Nahardan sonra 25 uşaq xəsarət alıb, onlardan biri uzun aylıq müalicədən sonra dünyasını dəyişib.
Qeyd edək ki, bağçadakı həmkarı ilə münaqişə qadını cinayətə sövq edib. Məlum olub ki, hücum edən şəxs əvvəllər də zəhərli maddələrdən istifadə edib. 2017-ci ildə ailədaxili mübahisədən sonra ərinin içkisinə natrium nitrit qatıb, bundan sonra əri zəhərlənib.
Pərvanə Fərhadqızı












