“Əlilliklə əlaqədar müraciət olunan problemlər olur. Məsələn həkim sənədi düzgün doldurmayıb, sosial yardımın alınması üçün vətəndaşın müraciətinə imtina gəlib. Sosial müavinət ala bilmir. Əvvəllər əlilliyi olub, lakin indi kəsilib. Məlum olur ki, vaxtı ilə saxta əlillik təyin ediblər, yoxlamalar gedib, bunun üstü açılıb. Bəzən də sosial yardımın alınması ilə bağlı ekspert təhlili aparılır, imtina gəlir, narazılıqlar yaranır. Biz bu məsələləri özümüz araşdırırıq, aidiyyəti orqana müraciət edirik”.

Bu sözləri "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, əlillik % -lərlə müəyyən olunur: “Vətəndaş bunu bilməyəndə, narazılığı olur. Müəyyən proseslərə düzgün əməl olunmursa, düzgün əlillik təyin olunmursa biz də müdaxilə edirik. Daha obyektiv yanaşma olsun deyə araşdırırıq. Əgər vətəndaş səhvdirsə,  səhvini deyirik, düzdürsə düzünə nail olmağa çalışırıq”.  

Qeyd edək ki, bu yaxınlarda neçə əlilliyi olan məsələlərə müdaxilə edib, nəticəyə nail olan "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi həkim sənəd verməyəndə TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Problemləri həll ediblər. Əgər vətəndaşın sosial məsələlərində imtina gedibsə, İctimai Birlik sorğu təşkil edib, komissiyaya müraciət edir. Əlilliyin bərpa olunmasına nail olub. Əvvəl əlilliyi olub, sonradan dayandırılan məsələlərlə bağlı narazılıqlar yaranıb. Məlum olub ki, burada müəyyən səbəblər var. Məsələlər yerindəcə araşdırılmalıdır. Çünki indi əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər var.

 

Pərvanə Fərhadqızı