Qlobal istiləşmənin əsas səbəbi istixana qazları emissiyasıdır və planet fəlakətli sürətlə istiləşir. 50-dən çox aparıcı alimin tədqiqatına görə, 2014-2023-cü illər arasında havanın temperaturu 0,26°C artıb. Qlobal səthin orta temperaturu 1850-1900-cu illərin səviyyəsindən 1,19°C yüksəkdir.

QHT.az xəbər verir ki, BMT-nin COP29 iqlim sammiti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək. Alimlər, qlobal istiləşməni məhdudlaşdırmaq üçün atmosferə atılan tullantıların sıfıra endirilməsinin vacibliyini vurğulayır. 2013-2022-ci illər arasında orta illik emissiyalar 53 milyard ton karbon qazı təşkil edib. 2022-ci ildə isə bu rəqəm 55 milyard tona çatıb.

Ekspertlər, emissiyaların sıfıra endirilmədən istiləşmənin davam edəcəyini və 1,5°C həddinin keçiləcəyini qeyd edir. Emissiyaların artım tempi yavaşlasa da, iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət deyil.

 

Pərvanə Fərhadqızı