Ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. Bunu nəzərə alan BMT Baş Məclisi 1972-ci il dekabrın 15-də iyunun 5-ni Ətraf Mühitn Mühafizəsi Günü elan edib.
QHT.az xəbər verir ki, bu qərarda məqsəd ictimaiyyətin diqqətini ətraf mühiti qorumaq və yaxşılaşdırmaq sahəsində təxirə salınmaz tədbirlərin keçirilməsinə yönəltməkdir. Həmin günün seçilməsi onunla əlaqədardır ki, 1972-ci il iyunun 5-də Stokholmda BMT-nin Ətraf mühitin mühafizəsi haqqında Proqram qəbul edilib.
Ətraf mühitn mühafizəsinin hüquqi, iqtisadi və sosial əsasları “Ətraf mühitin mühafizəsi haqqında” 1999-cu il 8 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edir.
Ətraf mühit problemi ilə bağlı əhalinin ekoloji məlumatlılığının artırılması, ətraf mühitin mühafizəsinə diqqətin yönəldilməsi günün əsas məqsədidir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu bir bayraq altında daha sıx birləşməyimiz üçün vasitədir. Dünyamızı qoruyaq, gələcəyə daha gözəl addımlayaq!












