Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki müəssisələrin təkmilləşdirilməsi məqsədi ilə başlanan işlərdə ilk addım kimi, 1 nömrəli Xəstəxananın Poliklinikası yenidən təşkil olunub.

QHT.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi direktoru Elnur Azadxanov, mətbuat turu zamanı bildirdi ki, poliklinikada xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət yenidən təşkil olunub. Artıq burada dislokasiya dəyişdirilərək imtiyazlı, cərrahi, kardioloji, nevroloji və digər ixtisas həkimlərinin fəaliyyət göstərdiyi hissələrə ayrılıb.

E.Azadxanov, imtiyazlı xəstələrin (məsələn, şəkərli diabet) növbə gözləməsində ehtiyac olmadığını və endokrinoloji kabinetlərdə rahat hərəkət imkanının təmin edildiyini qeyd edib. Həmçinin, vətəndaşların rahatlığı üçün yeni istiqamətləndirici lövhələr quraşdırılıb. Bunun nəticəsində, Poliklinikada aparılan yeniliklərlə xidmətin səviyyəsi artırılıb.