Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək.

Deputat Vüqar Bayramovun sözlərinə görə, yeni qaydalar bank müştərilərinə istehlak kreditləri verildiyi zaman borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını tələb edir: "Bu, borcalan dünyasını dəyişdiyi halda kreditin ailə üzvlərinin üzərinə düşən maliyyə yükünü azaldacaq. Ayrıca, əlilliyi olan şəxslərin kreditə çıxış imkanlarını artıracaq və risklərin azalması nəticəsində kredit faizlərinin düşməsinə səbəb ola bilər".