Bu gün Gəncədə "Ekoloji Hüquqpozmalara Qarşı Maarifləndirmə və Qanunvericilikdə Nizamlanma" Konfransı Keçirilib.
Qərb-Resurs VCİD İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a açıqlamasında bildirib ki, Gəncə şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Ekoloji Hüquqpozmalara Qarşı Maarifləndirmə və Qanunvericilikdə Nizamlanma" mövzusunda konfrans keçirilib: “Tədbir Gəncə Prokurorluğunun açıq qapı günündə baş tutub. Azərbaycan Respublikası Baş Prokurorluğu təşkil etdiyi vətəndaş cəmiyyəti institutlarına və müdia nümayəndələrinə prokrorluğun işi haqqında tanışlıq verildi, kriminalistikası, qaynar xətti, Gəncədə sənədləşmə, məktublaşma onlayn olduğu haqqında məlumatlar verildi. Konfransın əsas məqsədi ekoloji hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, bu sahədə maarifləndirmənin artırılması və mövcud qanunvericilikdəki nizamlanmaların müzakirəsi olub. Tədbirdə müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar və medi nümayəndələri iştirak ediblər”.
Ramil Göyüşov çıxışında ekoloji hüquqpozmalara qarşı mübarizənin əhəmiyyətini vurğulayaraq, bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının vacibliyini qeyd edib. O, həmçinin bu cür tədbirlərin ekoloji problemlərin həllində mühüm rol oynadığını bildirib. Göyüşov, ekoloji hüquqpozmalara qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi və icra mexanizmlərinin gücləndirilməsinin vacib olduğunu qeyd edib.
QHT sədri bildirib ki, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun çıxışı etdiyini, ona ekologiyaya aid prokrorluğun işinin nə olduğu haqqında suallar verdiyini bildirib: “Heydər müəllim mənim sualımı cavablandırdı. Gəncə şəhər İcra başçısına sual verdik ki, Gəncədə COP 29-la bağlı nə işlər görülür. O isə cavabında bildirib ki, abadlıq, quruculuq işləri gedir”.
Qeyd edək ki, konfransda çıxış edən digər natiqlər də ekoloji hüquqpozmalara qarşı mübarizə yolları, qanunvericiliyin tətbiqi və maarifləndirmə tədbirlərinin önəmi haqqında danışıb. Tədbir zamanı iştirakçılar ekoloji hüquqpozmalara qarşı mübarizədə mövcud problemləri və onların həlli yollarını müzakirə ediblər.
Tədbirin sonunda, iştirakçılar ekoloji hüquqpozmalara qarşı mübarizədə birgə fəaliyyətin əhəmiyyətini vurğulayaraq, gələcəkdə bu sahədə daha çox tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Azərbaycanın ekoloji siyasəti” adlı sənədli film izlənilib.
Pərvanə Fərhadqızı












