NƏ QƏDƏR Kİ, VARIQ ŞƏHİDLƏR BİZİM ƏSAS STRATEGİYASIMIZ OLACAQDIR.


Yayım Assosiasiyasının təşəbbüsü ilə Lənkəran rayonunun İstisu qəsəbəsinin son qalib şəhidi Hüseynzadə Mirmusa Vüqar oğlunun mərmər üzərində şəkili hazırlanaraq qəsədənin Şəhidlər bulağına vurulmuşdur.
 

Bu barədə QHT.az-a Yayım Assosiasiyasının sədri Yasar Zeynalov məlumat verib:

"Təşkilatımız 2016 - 2020-ci ildə artıq işğaldan azad edilən Qarabağ problemi ilə bağlı Lənkəran rayonunda gənclərlə üç maarifləndirici  layihə həyata keçirmişik.  İstisu qəsəbəsinin son dörd şəhidindən üçü, qazilərimizdən ikisi, müharibə veteranlarından dörd nəfəri həyata keçirdiyimiz maarifləndirici tədbirlərimizdən faydalananlar arasında olmuşdur.
 

Qırx dörd günlük savaşda ilk şəhidimizin nəşini torpağa tapşıranda qeyd etdiyim  layihənin rəhbəri olaraq özümə söz verdim ki, qəhrəman Şəhidlərimizin adının əbədiləşdirilməsi üçün bütün imkanlarımdan istifadə edəcəyəm. İlk öncə 1993-cü ildə dövlət tərəfindən qəsəbədə salınan Şəhidlər abidəsində öz hesabımıza restsvrasiya işləri  apararaq son şərhlərimizin mərmər üzərində şəkllərini əlavə etdik.  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İstisu Şəhidləri Albomu hazırladıq. Bir sözlə bu sahədə onlarla ictimai fəaliyyətin müəllifiyik.
 

Bu gün də qəsəbəmizin son şəhidi Hüseynzadə Mirmusanın mərmər üzərində işlənmiş iki şəklini hazırlatdırmışıq. Onlardan birini Şəhidlər bulağına, digərini qəsəbənin mərkəzində yerləşən Şəhidlər Bağına vuracağıq. Şəhidlərimizin qırxına işimizi tamamlamaq niyyətindəyik.
 

Bu gün həm də şəhid İsmayılzadə Zaurun mərmər şəklini onun adını daşıyan küçənin başlanğıcında vurduq.
Nə qədər ki, varıq Şəhidlərimiz bizim əsas strategiyamız olacaqdır. Fürsətdən istifadə edib müqəddəs işimizdə yanımızda olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.  Arzu edirəm ki, dünyada bir daha müharibə olmasın və bundan sonrakı layihələrimiz ölkəmizin bütövlüyünə, qəhrəmanlarımızın tanıtımına və digər quruculuq işlərinə həsr olunsun."