26 iyul 2024 – cü il tarixdə Masallıda Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.
QHT.az xəbər verir ki, ilk öncə tədbirdə iştirak edən YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov, əməkdaşlar, SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Rusiyanın Şimal- Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov, Masallı Uşaq Gənclər İdman Məktəbinin direktoru Cümşüd Müzəffərli və əməkdaşları, Masallı Uşaq Gənclər İdman Məktəbinin direktoru Əlifağa Yaqubov, rayonun ictimai-siyasi həyatında fəal olan gənclər və idman müəllimləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb.
Daha sonra ASAN Xidmət Mərkəzində yerləşən kino klubda Nazirliyin yaradılması münasibəti ilə hazırlanmış qısa film nümayiş etdirilib və tədbir çay süfrəsi ətrafında Nazirliyin yaradılmasının əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilərək davam etdirilib.










