İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, neft məhsullarının ixrac edildiyini və ticarət əlaqələrinin genişləndirildiyini bildirib. Regionda formalaşan yeni düzən Azərbaycan–Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasını aktuallaşdırır və bu baxımdan Zəngəzur dəhlizinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq TRİPP marşrutunun reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatını bərpa edəcək. 15 milyon ton ötürmə potensialına malik dəhlizin Orta Dəhlizin vacib seqmentinə çevrilməsi Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirəcək və ölkəyə illik təxminən 3 milyard dollar tranzit gəliri qazandıra bilər.