Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Daşdəmirov 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub.

QHT.az xəbər verir ki, o 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlandıqdan sonra səfərbər olunaraq yenidən ordu sıralarına çağırılıb. O, 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Taleh Daşdəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!