Oktyabrın 20-də Azərbaycan Respublikası Şəhid Ailələrinə "Qayğı " İctimai Birliyi “Vətən Yolunda Addımlayanlar” filminin Sumqayıt Dövlət Universitetində 1-ci təqdimatı keçirilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən film Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovdan və Sumqayıt Şəhidi Vüsal Cəsarət oğlu Muradovdan Bəhs edir. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Qeyri Hökumət Təşkilatları, Şəhid Ailələri, Veteranlar və Qazilər İştirak ediblər.
Qeyd edək ki, filmin 2-ci təqdimatı 25.10.2023-cü il saat 12:00- da Nərmanov Rayonu Bakı Avrasiya Universitetində Keçiriləcəkdir.
Allah Şəhidlərimizə Rəhmət eləsin!
Pərvanə Fərhadqızı












