Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində birinci təlim keçirilib.
QHT.az xəbər verir ki, oktyabrın 21-də layihənin fəaliyyətləri çərçivəsində 20 nəfərdən ibarət qızlar qrupu üçün təlim keçirilib. Təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən bullinq nədir, bullinqin yaranma səbəbləri, bullinqin növləri və formaları, təsiri və əks təsiri, bullinq halı müşahidə edilən zaman nə etmək lazımdır, bullinqə məruz qalan zaman özümə necə nəzarət etməliyəm, bullinq zamanı sosial ədalət prinsipi haqqında geniş məlumat verilib.
Qeyd edək ki, “Bullinqə birlikdə “Son” deyək!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi əsasında icra olunur.
Pərvanə Fərhadqızı












