“Şəhid Ailələrinə Qayğı” Cəmiyyəti İctimai Birliyi “Vətən yolunda addımlayanlar” filminin çəkilməsinə başlayıb.
Birliyin sədri Müşfiq Əliyev QHT.az- a bildirib ki, filmin çəklişinə Sumqayıt şəhərində başlanılıb: “Bu film, ölkənin müstəqilliyini müdafiə etmək üçün canlarını qurban verən qəhrəmanların hekayələrini və şəhid ailələrinin mövqeyini çəkici bir şəkildə təqdim edir. Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində növbəti çəkliş Nərmanov rayonunda çəkiləcək. Film Şəhid Vüsal Sədarət oğlu Muradov və şəhid, Vətən Qəhrəmanı Hümbətov Azad Arif oğluna həsr olunub”.
Pərvanə Fərhadqızı










