““Azərkosmos” ASC-nin təşkilatçılığı ilə ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində dünən şəhid övladları ilə birgə məşhur astronavtlarla görüşdük”.
QHT.az xəbər verir ki, bu sözləri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib. QHT sədri: “Dünyaca məhşur Apollo 9 Ay modulunun pilotu astronavt Russell Rusty Schweickart, aerokosmik mühəndis, Nasanın astronavtı Tony Antonelli, kanadalı qadın astronavt Julie Payette, Afrika qitəsindən kosmosda olan ilk misirli astronavt Sara Sabry və Azərbaycan əsilli türkiyəli gənc astronavt (kosmosa uçuşu 2024-cü ilin yanvar-mart aylarına planlaşdırılır) Tuva (Cahangir) Atasever övladlarımızın suallarla zəngin müzakirələri çərçivəsində baş tutan görüş, əminəm hər birimizin yaddaşında silinməz iz buraxacaq”.
Pərvanə Fərhadqızı










