“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Vətən ücün hazır ol” adlı layihəsinin icrası çərçivəsində oktyabrın 9-da Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib. 
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub. Oktyabrın 11-də turnirin üçüncü günündə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor haqqında danışıb.
Turnirin 3 mərhələsində 2 komanda güclərini sınamışdırlar. Gərgin idman mübarizəsi şəklində kecən görüşün nəticəsi aşağıda kı kimi olmuşdur:
1) I Şıxlı – Aşağı Salahlı  7-0

I Şıxlı komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. 12.10.2023-cü il tarixdə 4 mərhələ oyunları keçiriləcəkdir. 

 

Pərvanə Fərhadqızı