“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs tərəfindən 2022-ci ildə keçirilən 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqənin qaliblərindən biri – Nuranə Quliyeva İnstitutumuzda könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vurub.
QHT.az xəbər verir ki, 10 oktyabr 2023-cü il tarixində İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə könüllü ilə görüşərək ona sertifikat təqdim edib. Gənc tələbə hazırda BDU-nun Jurnalistika fakültəsində təhsil alır.
N.Quliyevanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Pərvanə Fərhadqızı












