Milli Məclisin deputatı, "İnsan hüquqları" və "Elm və Təhsil" komitəsinin üzvü Sona Əliyeva vərəm əleyhinə koalisiyanın üzvləri ilə görüşüb.

 

QHT.az xəbər verir ki, vərəm əleyhinə koalisiyanın üzvləri vərəm əleyhinə müalicə ilə bağlı hal -hazırda davam edən problemlərdən danışıblar.

 

QHT koalisiyanın üzvləri tibb müəssisələrində vərəm əleyhinə dərman çatışmazlığı, əlavə təsir dərmanlarının olmaması, bəzi regionlarda vərəm əleyhinə dispanserlərin bərbad vəziyyətdə olması ( xüsusilə, Şəmkir rayonunda), xəstələrin sosial -məişət problemləri, vərəmli xəstələrin pensiya ala bilməməsi və s. bu kimi məsələlərə toxunublar. Qeyd olunan problemlərin həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

 

 

Millət vəkili Sona Əliyeva hər zaman Koalisiya üzvləri ilə birgə olduğunu, vərəmli xəstələrə imkan daxilində əlindən gələn yardımın göstərəcəyini bildirdi. Millət vəkili yerindəcə bir ağır vərəmli xəstə barəsində məlumatlandırlıdı.

 

Görüşdə bu il sentyabrın 26-da Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının vərəmlə mübarizəyə həsr edilmiş görüşü və orada təmsil olunacaq Azərbaycan nümayəndə heyəti barədə müzakirələr aparılıb. Vərəm problemi mövcud ölkə kimi bu vacib görüşdə dövlət rəsmilərinin iştirakının vacibliyi qeyd olunub.

 

Görüş məhsuldar keçib və koalisiya üzvləri göstərdiyi dəstəyə görə Milli Məclisin deputatına təşəkkürlərini bildiriblər.