Sağlamlığa Xidmət İctimai Birliyinin təşəbbüsü ilə TB REP layihəsi çərçivəsində media əməkdaşları ilə pasiyent təşkilatı nümayəndələri arasında görüş keçirilib.
Növbəti görüşün əsas məqsədi media ilə vətəndaş cəmiyyəti təşkilatlarının vərəmlə mübarizə sahəsində advokasiya və kommunikasiya sahəsində bilik və bacarıqlarının artırılması və sıx əməkdaşlıq əlaqələrinin qurulması olub.
Çıxış edən Sağlamlığa Xidmət İctimai birliyinin rəhbəri Elçin Müxtarlı həm təşkilatın fəaliyyəti , həm də başçılıq etdiyi vərəm koalisiyanın əldə etdiyi uğurlardan danışıb.
Natiq qeyd edib ki, 2011-ci ildə yaradılan koalisiyaya Həyat Humanitar dəstək İB, Şalğamlığa Xidmət İB, Ftiziatrlar və Pulmonoloqlar İB, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Vərəmsiz Gələcəyə Doğru İB-in üzvləri daxildir.
Ötən müddət ərzində koalisiyanın aktiv işini diqqətə çatdıran Elçin Muxtarlı vərəmlə mübarizədə pasiyentlərə dəstək, onların problemlərinin öyrənilməsi istimaqəmətində, eləcə də maarifləndirmə işlərinin təşkilində effektiv nəticələr əldə olunduğunu vurğulayıb.
Beynəlxalq Qlobal Fondun maaliyyələşdirdiyi TB REB proqramı çərçivəsində paytaxtda, bölgələrdə tədbirlər təşkil edilib, beynəlxalq konfranslarda Azərbaycan təmsil olunub, vərəmlə bağlı vəziyyət diqqətə çatdırılıb. Vərəmlə mübarizədə qanunvericiliyin təkminləşməsi yönündə MM üzvləri ilə görüşlər təşkil olunub, sosial çarx, film və videoreportajlar, çap materialları hazırlanıb.
Daha sonra Sağlamlığa Xidmət İB-inin koordinatoru Pərvanə Vəliyeva TB REP proqramı barədə iştirakçılara ətraflı təqdimat edib. O qeyd edib ki, 11 ölkəni, eləcə də Azərbaycanı əhatə edən TB REP proqramını çərçivəsizndə 2016-1018-ci illər üçün xeyli işlər görülüb. Nəzərə alsaq ki, ölkəmiz dərmanadavamlı MDR xəstələrinin sayına görə dünya ölkələri sırasında 18-ci yeri tutur, hələ görüləcək işlər çoxdur.
Pərvanə Vəliyeva qarşıdakı fəaliyyət planını da diqqətə çatdırıb. Belə ki, 2018-ci ilin sonunadək vərəmlə mübarizə koalisiyası və Sağlamlığa xidmət təşkilatı olaraq dövlət və media nümayəndələri ilə əməkdaşlığı daha da sıx qurmaq məqsədi ilə görüşlər davam etdirələcək, bölgələrə səfərlər, vərəmli pasiyentlərin hekayələri ilə bağlı kitabın da nəşri nəzərdə tutulub.
Pərvanə Vəliyeva bu ilin sentyabrında BMT-nin Baş Asambleyasının yüksək səviyyəli toplantısını da diqqətə çatdıraraq vurğulayıb ki, 193 ölkə rəhbərinin iştirak etdiyi mötəbər tədbirdə Azərbaycandakı vərəmlə bağlı məlumatın da yer alacağına ümid bəslənilir.
Vərəmsiz gələcəyə Doğru İB-in rəhbəri , keçmiş məhbusların mülki sektorda izlənilməsi proqramının koordinatoru Çingiz Ramazanlı üzv olduğu koalisiyanın istəklərini xatırladıb. Vərəmin sağalan xəstəlik olduğunu cəmiyyətə aşılamaq üçün həm vətəndaş cəmiyyətinin, həm medianın, həm tibbi personalın, həm də dövlət orqanı nümayəndələrinin birgə əməkdaşlığının vacibliyini vurğulayıb. Vərəmli pasiyentlərin hüquqlarının müdafiəsində mövcud problemləri qeyd edən mütəxəsis qanunvericilikdə təcili dəyişiklərin edilməsini deyib.
Daha sonra çıxış edən sosioloq Zəminə Səfərova, psixoloq Mətanət Qaraxanova, həkim Əli İsrayılov da vərəmli pasiyentlərlə davranış qaydalarına, maariflənmə və vərəmlə bağlı stiqmaya son qoyulması məsələsinə toxunublar.
Media nümayəndələri ilə davam edən müzakirələrə müalicəsi bitmiş Amal Allahverdiyev və müalicəsi davam edən Kənan Bayramov da qoşulublar.
Sağlamlığa Xidmət ictimai birliyi












