Kuba hakimiyyəti ölkədəki ciddi yanacaq çatışmazlığı səbəbindən beynəlxalq aviaşirkətləri xəbərdar edib. Fevralın 10-dan martın 11-dək xarici təyyarələrə Kubanın beynəlxalq hava limanlarında, o cümlədən Havana Xose Marti Hava Limanında yanacaq doldurulmayacaq. Jet A-1 yanacağının olmaması səbəbindən aviaşirkətlər əlavə yanacaq gətirməli, üçüncü ölkələrdə texniki eniş etməli və ya reysləri ləğv etməli olacaqlar.

QHT.az xəbər verir ki, yanacaq böhranı Venesueladan neft tədarükünün dayanması və ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalarla daha da dərinləşib. Bildirilir ki, mövcud idxal olmadan ölkə cəmi 15–20 gün ehtiyatla fəaliyyət göstərə bilər.

Qərb mediasının məlumatına görə, ABŞ administrasiyası Kubada rejim dəyişikliyi imkanlarını araşdırsa da, hələlik konkret plan mövcud deyil.