Sumqayıt şəhəri 28 saylı orta məktəbində aşağı  sinif şagirdlərinə uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətin formalaşmasına xidmət edən fakultativ məşğələ  keçirildi
 
Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi ““Sağlam həyat tərzini öyrən” devizi ilə Sumqayıt şəhər orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində uşaqlarda sağlam həyat tərzinin və mədəniyyətinin formalaşmasına xidmət edən fakultativ məşgələ keçilmişdir. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında uşaqların sağlamlığının qorunması və möhkəmlənməsi üçün sağlam həyat tərzinin formalaşmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkilidir.
 
      Layihə çərçivəsində  sağlam həyat tərzi ilə  bağlı fakultativ məşğələ aprel  ayının  12-də Sumqayıt şəhər 28 saylı orta məktəbində  təşkil edildi. Fakultativ məşğələni  Birliyin təlimçisi Rauf Əliyev aparırdı. Məktəbin aşağı  sinif şagirdlərindən 25 nəfər təlimdə iştirak edirdi.
      Aparılan sağlam həyat tərzi ilə  bağlı fakultativ məşğələdə  sağlam həyat tərzi qaydaları, təmizlik,  düzgün qidalanma- sağlamlığa təminatdır, hərəkət və idman-sağlamlığa gedən yoldur, xəstəliklər və onlarla mübarizə sağlamlığın əsas qayəsidir, geyim-uşağın düzgün geyindirilməsi necə olmalıdır,        hava, su, günəş sağlamlığın təminatıdır, pis və zərərli vərdişlər, rejim, peyvənd və s.kimi mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, sağlam həyat tərzi ilə  bağlı  keçirilən məşğələ iştirakçıların böyük marağına səbəb oldu.  
 
Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, sağlam həyat tərzi ilə ilə bağlı bilgilərini və rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edildi.         
Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 35 layihə icra etmişdir.