Azərbaycan Dövlət İqtisad Universiteti kollektivi sentyabrın 21-də Xankəndi və Xocalı istiqamətində gedən antiterror əməliyyatı zamanı şəhid olmuş UNEC tələbəsi Qasim Məmmədhəsənovun Sabirabad rayonunun Qaraqaşlı kəndində keçirilən 40 mərasimində iştirak ediblər.
QHT.az xəbər verir ki, mərasimdən öncə şəhidin məzarı ziyarət edilərək, əziz xatirəsi ehtiramla anılıb. Sonra Qasim Məmmədhəsənovun adına yazılmış Fəxri Diplom, UNEC arxivində saxlanılan attestatı, şəhidin xatirəsinə hazırlanmış xalça və Qasimin adının əbədiləşdirildiyi UNEC Şəhidlərinin memorial xatirə kompleksinin fotosu şəhidin ailə üzvlərinə təqdim olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!


Pərvanə Fərhadqızı