2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olmuş İlkin Ələsgərli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 30-da qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2013-dü ildən isə MAXE kimi orduda xidmətinə davam edib. Daha sonra xidmətini "gizir" hərbi rütbəsi altında davam etdirib.

İlkin Ələsgərli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı