Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov məlumat verib. Rektor tədbirdə Heydər Əliyev strategiyası, həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, məhz bu strategiya nəticəsində əldə olunmuş uğurlar haqqında danışıb: “YAP-a yeni üzv olanlara partiya bileti təqdim etdik və tədbir ədəbi-bədii hissə ilə işinə davam etdi. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”.


Pərvanə Fərhadqızı