Noyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri” layihəsinin iştirakçısı olan S. C. Pişəvəri adına Respublika Humanitar fənnlər Gimnaziyasında "RoboCoder" təlimlər silsiləsinin ilk görüşü baş tutub.
QHT.az xəbər verir ki, təlimlərin məqsədi məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, onlara proqramlaşdırma dilləri haqqında ilkin məlumatların təqdim edilməsi və nəticədə uşaqların rəqəmsal dünya, informatika sahəsinə olan marağının artırılmasıdır. Məktəblilər üçün keçirilən təlim zamanı "Scratch nədir və onun fəaliyyət istiqamətləri" mövzusunda danışılıb, müasir dövrdə bu proqramlaşdırma dillərinin öyrənilməsinin vacibliyi vurğulanıb. Təlim zamanı məktəblilərlə bu proqramlaşdırma dili vasitəsilə oyunlar yaradılıb, öyrənilən biliklər praktiki icra edilib.
Pərvanə Fərhadqızı












