Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Climate layihəsi çərçivəsində Sıfır Emissiya Gününə həsr olunmuş xüsusi tədbir keçirilib.
QHT.az xəbər verir ki, Xırdalan şəhərinin orta məktəb şagirdləri iqlim dəyişikliyi problemlərinə dair innovativ perspektivlərini kamera obyektivi prizmasından yaradıcı yanaşma ilə nümayiş etdirərək fəaliyyətə keçməyin vacibliyini vurğulayıb. Maraqlı, həvəskar velosiped yarışı, ağacəkmə, karbonsuzgələcək müsabiqəsi videolarının nümayişini təşkil olunub. Həmçinin məktəblilər üçün hazırlanmış əyləncəli viktorina keçirilib.
BMTİP Avropa İttifaqının nümayəndəliyi ilə birlikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xırdalan şəhər bələdiyyəsinin iştirakı ilə Xırdalan şəhərinin ümumilikdə on məktəbinin iqlim dəyişikliyi problemlərinin həlli yollarını həvəslə araşdıran əlli məktəblisinin istedadına şahidlik edilib.
QHT.az xəbər verir ki, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Roccasalvo vurğulayıb ki, BMTİP-nin məktəblilər arasında həyata keçirdiyi təşəbbüslər təkcə iqlim dəyişikliyinin yaratdığı aktual problemlər haqqında maarifləndirmə xarakteri daşımır. Onlar həmçinin ətraf mühitlə bağlı məsələlərdə gələcək nəsillərin davranışında transformativ dəyişiklik yaratmaq üçün hazırlanıb və bu təşəbbüslər onların həm özlərini, həm də ətraflarındakı insanları sözügedən mövzuda daha məsuliyyətli olmağa çağırır.
Pərvanə Fərhadqızı












