UNEC-də ACCA lisenziyası əsasında fəaliyyət göstərəcək Kompüter Əsaslı İmtahan Mərkəzi açıldı!

QHT.az xəbər verir ki, Mərkəzdə bakalavr və magistrlər ingilis və rus dillərində imtahan verərək, ACCA sertifikatını əldə edə biləcəklər.

UNEC-in ACCA təşkilatı ilə əməkdaşlığının növbəti mərhələsində isə “Mühasibatlıq” ixtisası üzrə təhsil alan tələbələrimiz diplomla yanaşı, ACCA sertifikatını da qazanmış olacaqlar. Bu isə tələbələrin əmək bazarında çevikliyinin təmin edilməsinə əvəzsiz töhfə olacaq.

Qeyd edək ki, UNEC-in MBA proqramı ACCA-nin Avrasiya və Yaxın Şərq üzrə 2018-2027-ci illərdə (AB, MA,FA, LW, PM, TX, FR, AA, FM (F1-F9)) akkreditasiyadan keçmiş yeganə proqramdır.