Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin (İTİM) rəhbəri Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
QHT.az xəbər verir ki, görüş zamanı UNEC və İTİM arasında iqtisadi təhlil, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Tərəflər gələcək layihələrdə birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar və əlaqələrin daha da gücləndirilməsi istiqamətində addımların atılacağı bildirilib.










