UNEC, 31 avqust 2024-cü ildə Beynəlxalq Multidissiplinar Simpoziuma ev sahibliyi edəcək.

QHT.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradovun verdiyi məlumata görə, simpozium “BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda keçiriləcək. Bu mötəbər tədbirdə Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya və Moldova kimi ölkələrdən olan alimlər iştirak edəcək və COP29-la bağlı maraqlı müzakirələr aparılacaq.

Qeyd edək ki, Simpoziumun əsas məqsədi dünya alimlərinin bir araya gəlməsi və müasir sivilizasiyanın qarşılaşdığı problemlərin həllində daha fəal iştirak etmələrini təmin etməkdir. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm mövzuları da müzakirələrin əsas istiqamətlərindən olacaq. Tədbirin nəticələri gələcək elmi tədqiqatlar və qlobal problemlərin həllinə yönəlmiş strategiyalar üçün əhəmiyyətli töhfə verəcəkdir.

 

Pərvanə Fərhadqızı