Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Telegram-ın yaradıcısı Pavel Durovun saxlanılması və ona qarşı ittiham irəli sürülməsi insan haqları ilə bağlı çoxsaylı narahatlıq doğuran mürəkkəb bir işdir.

QHT.az xəbər verir ki, BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani brifinqdə bildirib ki, bu, çox çətin bir işdir, bir çox insan hüquqları ilə bağlı narahatlıq doğurur. O, şöbənin "bu vəziyyətlərin nəzərə alınmalı olduğu parametrləri" əks etdirən bir sənəd dərc etməyi nəzərdən keçirdiyini söylədi.
Qeyd edək ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Paris prokurorluğu onu xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda şərik olmaqda ittiham edir, yəni faktiki olaraq o, Telegram-dan istifadə edərək bu və digər cinayətləri törədənlərin şəriki hesab olunur. Məhkəmə qərarı ilə onun Fransa ərazisini tərk etməsi qadağan edilib.
 
Pərvanə Fərhadqızı