Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) “COP29-a doğru” adlı maarifləndirici video seriyasını davam etdirir. Bu təşəbbüs iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi mövzularında məlumatlılığın artırılması məqsədini daşıyır. Video seriyasında mütəxəssislər və iqlim sahəsində fəaliyyət göstərən şəxslər tərəfindən iqlim dəyişikliklərinin təsirləri, qlobal səylər və yerli təşəbbüslər ətrafında müzakirələr aparılır.
QHTaz xəbər verir ki, UNDP-nin Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunda COP29 üzrə məsul şəxs olan Nuri Özbağdatlı, bugünkü çıxışında İqlim Vədi çərçivəsində həyata keçirilən iqlim fəaliyyətləri haqqında danışıb. O, bu fəaliyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynadığını və bu mövzuda qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Video seriyası COP29 zirvəsi ərəfəsində iqlim dəyişikliyi ilə bağlı məsələlərin gündəmə gətirilməsində əhəmiyyətli rol oynayır və ictimaiyyəti bu qlobal problemin həllinə töhfə verməyə çağırır.






