Ukrayna Xarici İşlər Nazirliyi Kahramanmaraşda baş verən zəlzələlərdə 5 Ukrayna vətəndaşının həyatını itirdiyini bildirib.

QHT.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial media hesabından verdiyi açıqlamada diplomatların zəlzələdən zərər çəkmiş Ukrayna vətəndaşlarına yardım etməyə davam etdiyini bildirib.


Nikolenko bəyan edib ki, ikinci konsul qrupu itkin düşənlərin axtarışını əlaqələndirmək, zərərçəkənlərə dəstək vermək və ukraynalıları Türkiyə və Ukraynanın digər bölgələrinə təxliyə etmək üçün zəlzələ zonasına göndərilib.

Zəlzələ bölgəsində 136 Ukrayna vətəndaşının olduğunu və onlardan 37-nin təxliyə edildiyini qeyd edən Nikolenko, “İtkin düşən 7 nəfərin axtarışları davam edir. Təəssüf ki, zəlzələdə 5 Ukrayna vətəndaşı həyatını itirdi” demişdir.

Ölənlərin cəsədlərinin Ukraynaya göndərilməsi üçün tədbirlərin görüldüyünü deyən Nikolenko yaxın vaxtlarda diplomatların daha 22 ukraynalını zəlzələ bölgəsindən təxliyyə etməyi planlaşdırdıqlarını bildirib.