Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviya sahillərində gəmi qəzasında ən azı 73 miqrantın itkin düşdüyünü, itkin düşənlərin isə ölü hesab edildiyini, 7 miqrantın isə xilas edildiyini açıqlayıb.
QHT.az xəbər verir ki, Aralıq dənizində qeyri-qanuni miqrantların dramı davam edir. Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) verdiyi açıqlamada, dünən Liviya sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batdığı, ən azı 73 miqrantın itkin düşdüyü və öldüyü bildirildi. .

Qayıq qəzasından cəmi 7 nəfərin xilas edildiyini qeyd edən BMqT, Liviya Qızıl Aypara Cəmiyyəti və polis tərəfindən indiyədək 11 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Bu il 130-dan çox qeyri-qanuni miqrant Aralıq dənizi vasitəsilə Avropaya gedərkən həlak olub. BMqT-nin məlumatına görə, İtkin Miqrantlar Layihəsi çərçivəsində keçən il 1450-dən çox qeyri-qanuni miqrant həyatını itirib.