Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki böyük zəlzələdən zərər çəkmiş əyalətlərdə axtarış-xilasetmə və dağıntıların çıxarılması işləri davam edərkən, zəlzələdən zərərçəkənlər Gənclər və İdman Nazirliyinin Kredit və Yataqxanalar Baş Müdirliyinə bağlı yataqxanalara yerləşdirilir.
QHT.az xəbər verir ki, İstanbulda universitet tələbələrinin boşaldıqları yataqxanalar zəlzələ bölgəsindən gələnlərə verilir.
Büyükçekmece Tələbə Yurdundan sonra fəlakət qurbanları Sancaktepedəki Mahmut Celalettin Ökten Tələbə Yurduna gətirilməyə başlandı.
Avtobusla gətirilən bir qrup zəlzələ qurbanı yataqxanaya yerləşdirilib.












