Özünü intizam, başqalarına hörmət etmək və özünə inanmaq bacarığı uğurlu insanların malik olduğu keyfiyyətlərdir. 

QHT.az xəbər verir ki, psixoloq Yuliya Loginova daha inamlı olmağın və özünə hörməti artırmağın yollarını sadalayıb: “Müvəffəqiyyətli bir insanın əsas xarakter xüsusiyyətlərindən biri kimi özünü intizamdır, yəni hərəkətləri idarə etmək, müəyyən qaydalara riayət etmək və prioritetləri təyin etmək bacarığı və s. Bu keyfiyyət insanlara düzgün seçim etməyə kömək edir. Uğurlu insanlar ilk uğursuzluqlarda ruhdan düşmürlər, əksinə, onlarda gələcək inkişaf üçün motivasiya tapırlar. Dözümlülük onlara bunu etməyə kömək edir”.

Loginova əlavə edib ki, uğurlu insanlar, bir qayda olaraq, dözümlü olurlar. Bundan əlavə, onlar digər insanlara hörmət edirlər və əməkdaşlıq etməyi yaxşı bacarırlar, çünki birlikdə işləməyin tək işləməkdən daha çox fayda gətirdiyini başa düşürlər. Psixoloq əmin edir ki, bu bacarıqlar insanda olmasa belə inkişaf etdirilə bilər. “Özünüzə kiçik və böyük nailiyyətlərinizi daim xatırladın. Uğur gündəliyi tutun, hər şeyi bacarmasanız belə, özünüzü tərifləyin” deyə o tövsiyə etdi.

 

Pərvanə Fərhadqızı