QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunda keçirilən tədbirdə Mülkü Prosessual Məcəllədə və İnzibatı Xətalar Məcəlləsində hüquqi yardım ala biləcək qrupları təsvir etmək üçün istifadə edilən termin və ifadələrin aydınlaşdırılması, Hüquqi yardım xidmətindən istifadəni asanlaşdırmaq məqsədilə Mülkü Prosessual Məcəllədə və İnzibatı Xətalar Məcəlləsində hüquqi yardım almaq üçün göstərilən maddi uyğunluq meyarlarının daha da aydınlaşdırılması məsələləri müzakirə olunur.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə heyəti sədrinin müavini Üzeyir Məmmədov və BMT-nin İnkişaf Proqramının proqram nümayəndəsi Tural Əhməd tədbir iştirakçılarını salamlayıb, açılış nitqi çıxış edib. Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Elçin Usub “Həssas qruplar üçün hüquqi yardımın əlçatanlığı ilə bağlı” hesabatın təqdimatını edir.
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə heyəti sədrinin müavini Üzeyir Məmmədov çıxış edəcək. İştirakçılar arasında müzakirələr aparılacaq.
Pərvanə Fərhadqızı












