“Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində ikinci təlim keçirilib.

QHT.az xəbər verir ki, 28 Oktyabr 2023-cü il tarixdə layihənin fəaliyyətləri çərçivəsində 20 nəfərdən ibarət qızlar qrupu üçün təlim keçirilib. 

Təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən mövzu ətrafında müvafiq məlumatlar verilib, müzakirələr aparılıb. Təlim zamanı nümayiş etdirilən videoçarxlar mövzunu daha yaddaqalan edib. 

Qeyd edək ki, “Bullinqə birlikdə “Son” deyək!” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi əsasında Neftçala rayonunda icra olunur.

 

Pərvanə Fərhadqızı