"İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı" İctimai Birliyi tərəfindən hazırlanmış “Uçuruma aparan yol” adlı maarifləndirici film ictimaiyyətə təqdim edilib. Film, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gətirilib.
QHT.az xəbər verir ki, ekran əsəri insan alverinin təhlükələrinə diqqət çəkir və ictimaiyyətdə bu problemin miqyasına dair məlumatlılığın artırılmasını hədəfləyir. Film, insan alverinə qarşı mübarizədə ilk addımın maariflənmək və maarifləndirmək olduğunu vurğulayır.












