Bu gün Türkiyədə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Türkiyə son 100 ildə daha da gücləndi və geo-siyasi mövqeyini möhkəmləndirə bildi. Qardaş dövlət artıq yeni və fərqli yüz illiyə qədəm qoyur.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, iki dövlətin qardaşlıq münasibətləri digər ölkələr üçün də bir nümunədir: “Türkiyə eyni zamanda Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındandır. İkinci ən böyük tərəfdaşımız olan Türkiyə ilə 2022-ci ildə ticarət dövriyyəmiz 5 milyard 842 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən 21 faiz artım deməkdir. 2023-cü ilin geridə qalan aylarında da ticarət dövriyyəsində artım tendensiyası davam edib. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Bu daha güclü Türk dünyası deməkdir. Qardaş Türkiyənin Cumhuriyyəti hər zaman güclü və daimi olsun”.
Pərvanə Fərhadqızı












