Əksər insanlar günəşdə çox uzun müddət qaldıqda kifayət qədər günəş kremi tətbiq etmir və ya uyğun paltar geyinmirlər.
QHT.az xəbər verir ki, yeni bir araşdırmaya görə, günəşdən qoruyucu vasitələrdən istifadənin artmasına baxmayaraq, melanoma və dəri xərçəngi hallarının dünya miqyasında artdığı müşahidəsinə daha çox rast gəlinir. Kanadalı İvan Litvinov bildirib ki, problem ondadır ki, insanlar qaralmaq üçün günəş kremindən "lisenziya" kimi istifadə edirlər: “İnsanlar dəri xərçəngindən qorunduqlarını düşünürlər, çünki onlar xəstəliyin qarşısını almaq üçün bazara çıxarılan məhsuldan istifadə edirlər”.
Nefroloq Dr. Barat Yusubov bildirib ki, dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq lazımdır: "Belə ki, çox isti və ya çox soyuq ortamlardan uzaq olmaq, ilıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq, dərini daha az qurudan sabunlardan istifadə etmək, nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək məsləhətdir".
Qeyd edək ki, tədqiqatda tədqiqatçılar dəri xərçənginin ən aqressiv formalarından biri olan melanomanın yüksək nisbətdə olduğu əyalətlərdə yaşayan kanadalıların günəşdən qoruyucu vasitələrdən istifadə etmə ehtimalının daha çox olduğunu, günəşə məruz qalma ilə bağlı sağlamlıq riskləri barədə daha çox məlumatlı olduqlarını və monitorinq edildiyini aşkar ediblər.
Pərvanə Fərhadqızı












