Manisada mütəşəkkil sənaye zonasında təkrar emal müəssisəsində yanğın baş verib. 

QHT.az xəbər verir ki, bölgəyə sövq edilən qruplar alovlara havadan və qurudan müdaxilə edirlər. Obyektin bağçasında anbar kimi istifadə edilən hissədə olan plastik və kimyəvi tullantıların alışması nəticəsində başlayan yanğın bir müddət sonra obyektə də keçib. Partlayış səslərinin də zaman-zaman eşidildiyi obyektdən yüksələn qara tüstü şəhərin bir çox nöqtəsindən görünüb.

Qeyd edək  ki, xilasetmə Qrupları iş başındadır. Ekipajlar alovlara havadan və yerdən müdaxilə edir.

 

Pərvanə Fərhadqızı