Dekabrın 13-də Beynəlxalq Kouçinq Federasiyası ilə Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan bölməsinin direktoru İlham Musayev imzalayıblar.

QHT.az xəbər verir ki, İlham Musayev Federasiya haqqında Fondun nümayəndələrinə geniş məlumat verib: “Beynəlxalq Kouçinq Federasiyasının 1995-ci ildə təsis olunub, 160-dan çox ölkə və ərazidə yerləşir. Federasiya dünya üzrə 50000-dən çox üzvü var.

Sonda Federasiyanın vitse-prezidenti Xanım Şabanova Fondun rəhbərliyi və əməkdaşları ilə vörkşop keçirib.

 

 

Pərvanə Fərhadqızı