Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Mehdi Hüseynli, Arzu Rəhimzadə və Ceyran Quluzadə “İlin könüllüsü” mükafatı ilə təltif ediliblər.
QHT.az xəbər verir ki, dekabrın 13-də keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan, müxtəlif təşkilatların könüllülərinin təmsil olunduğu “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” a “Regional İnkişaf” İctimai Birliyinin müxtəlif regionlar üzrə, ümumilikdə 100 nəfərə yaxın könüllüsü qatılıb. Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.
Pərvanə Fərhadqızı












