“Bu gün dəyərli dostum, gözəl insan, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq bağlarının möhkəmlənməsində və Azərbaycan təhsilində müstəsna xidmətləri olan, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadır bəy Bektaşoğlunu ziyarət etdim”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. QHT sədri qeyd edib ki, Kadir bəy liseyin müdiri olaraq ölkəmizin inkişafına ləyaqətlə xidmət edəcək yüzlərlə gəncin yetişməsində çox böyük uğurlara imza atıb: “Mənimçün Dəyanət Liseyi çox əziz və önəmlidir. Birlikdə lisey məzunlarının dünya universitetlərində uğurlarını, ölkəmizin gələcək kadr potensialının yaranmasında liseyin rolunu və dünyada baş verən prosesləri müzakirə etdik. Qürurluyam ki, hər iki övladım Dəyanət liseyindən məzunu olmuşlar”.
Məlumat üçün bildirək ki, Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən ödənilir. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq burada dərslər Azərbaycan dilindədir. Təhsil Nazirliyinin təlimatı ilə proqrama uyğun bütün dərslər keçilməklə bərabər burada əlavə olaraq türkcə, ərəb fonetikası, mənəviyyat kimi dərslər də keçilməkdədir.
Pərvanə Fərhadqızı












