Kiyevdə avqustun ikinci həftəsində 1283 nəfər COVID-19-a yoluxub, onlardan 174-ü uşaqdır.
QHT.az xəbər vverir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Səhiyyə Departamentinin direktoru Valentina Ginzburq məlumat verib. Xəstəxanaya yerləşdirilən xəstələrin sayı artır, bəzi hallarda mexaniki ventilyasiya tələb olunur. Ginzburq insanları maska taxmağa, əl dezinfeksiyaedici vasitələrdən istifadə etməyə və soyuqdəymə əlamətləri olan insanlarla təmasdan qaçmağa çağırıb. O, xəstəlik simptomları hiss edənlərin evdə qalmasını tövsiyə edib.










