Tailand donanmasına aid batmış hərbi gəminin itkin düşmüş heyətindən daha 2 dənizçi xilas edilərkən, 5 dənizçinin cəsədi tapılıb.
QHT.az xəbər verir ki, Tayland Hərbi Dəniz Qüvvələrinə məxsus "HTMS Sukhothai" adlı 106 nəfərlik heyətlə hərbi gəmisinin Tayland körfəzində batması nəticəsində itən dənizçilərin axtarış-xilasetmə işləri davam edir. Xilasetmə əməliyyatı 48 saata yaxınlaşdığından itkin düşən 31 dənizçidən daha 2-nin xilas edildiyi, 5 dənizçinin cansız cəsədlərinin tapıldığı bildirilib.
Gəminin batmasına səbəb olan texniki nasazlıqla bağlı araşdırma başlandığını qeyd edən rəsmilər, xidmət müddəti 40 il olan gəminin 36 yaşında olduğunu və müntəzəm olaraq texniki xətalar baş verdiyini bildirib.












