Tailand donanmasının batması nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib.
Ötən bazar günü Tayland körfəzində 105 nəfərlik heyətlə Tayland donanmasına məxsus "HTMS Sukhothai" dəniz gəmisi batıb. Tayland Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hadisədə can itkisinin 18-ə yüksəldiyi bildirilib. Açıqlamada itkin düşən 11 ekipajın axtarışlarının davam etdiyi bildirilib.
QHT.az xəbər verir ki, Qəzada həyatını itirən 6 əsgər üçün ötən cümə axşamı Səttahip Hərbi Bazasında dəfn mərasimi keçirilib. Dəfn mərasimində Taylandın baş naziri Prayut Çan-o-ça və Hərbi Dəniz Qüvvələrinin komandanı Çoenqçay Çomçonqpaet də iştirak edib. Hərbi mərasimdən sonra dini mərasim keçirilib. Yaralı əsgərlərin olduğu xəstəxananı da ziyarət edən Baş nazir Çan-o-ça, yaralıların vəziyyəti ilə bağlı məlumat alarkən xəstələrin yaxınlarına mənəvi dəstək olub.












